Magistr təhsili

Azərbaycanlı tələbələrin magistr təhsili üçün ən çox üz tutduqları ölkə universitetləri məhz Türkiyənin nəzdindədir.

Türkiyədə magistr təhsil pilləsinə qəbul bir neçə mərhələlərdə aparılır və universitetlər həm imtahanla, həm də imtahansız qəbul prosesini həyata keçirirlər.

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, ən azından magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu pillə üzrə Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm coğrafi cəhətdən yaxın olması, həm mədəniyyətlərimizin oxşaması, həm də təhsilin yüksək səviyyədə olması tələbələri bu ölkəni seçməyə vadar edir.

Türkiyədə demək olar ki, bütün bölgələrdə dövlət universiteti var. Ən çox İstanbul, Ankaraİzmir şəhərlərində yerləşən bu universitetlərdə təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burada oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstəcisidir ki, qəbul üçün rəqabət çox güclü olur.

Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili mümkündür.
Dövlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi proqramlar var ki, onlar bahadır. Məsələn, Marmara universitetində proqramlar 10.000 TL-dir.

Ən Çox Verilən Suallar

YÖS imtahanı üçün müraciətlərə əsasən mart – iyun aylarında start verilir. 

YÖS imtahanında toplanıla biləcək ən yüksək bal 100-dür.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.

ALES imtahanının keçirildiyi dil türk dilidir.

TOEFL  imtahanında toplana biləcək maksimum bal 120-dir.

TÖMER Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin
keçməli olduğu dil imtahanıdır.

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.

TOEFL imtahanının keçirilmə forması iki cür olur:

  1. TOEFL iBT (internet-based test)- internet üzərindən;
  2. TOEFL PBT (paper-based test)- kağız üzərindən.

SAT imtahanında toplanıla biləcək maksimum bal  160-dır.

2 Comments

    Türkiyədə Təhsil Al
  • Salam, Türkiyədə magistr oxumaq üçün ingilis dili proqram istəməsək belə TOEFL vacibdir?

      Türkiyədə Təhsil Al
    • Magistratura təhsili tam ali təhsil sayıldığı üçün, tələbənin xarici elmi məqalələri başa düşməsi üçün ingilis dili əsas şərtdir. Türkiyədə dövlət universitetlərində magistratura təhsil almaq istəyirsizsə ən əsas YDS(yabancı dil sinavı) tələb olunur. Bəzi universitetlərdə YDS və ya TOEFL qəbul olunur.

Fikrinizi bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir