Yaşam xərcləri

Tələbələrin xaricə oxumağa gedərkən əsas maraqlandığı məsələ universitet ödənişləri və ölkədə yaşayış xərcləridir. Türkiyə universitetlərinin bir çoxu xarici tələbələri yaşayış yeri ilə təmin edir. Burada yataqxanaların qiyməti 130 AZN-dən başlayır. Bəzi vaxtlarda azərbaycanlı tələbələr təhsilin ilk ilində yataqxanalarda boş yer tapa bilmirlər. Lakin ikinci ildən bu məsələ universitetlər tərəfindən həll edilir.

Qida xərclərinə gəldikdə, yaşayış yerlərinin ətrafında hər büdcəyə uyğun marketlər yerləşir. Öz qida rasionunuza və büdcənizə uyğun arzulanan miqdarda alış-veriş edə bilərsiniz. Nəqliyyat xərcləri cəhətdən xarici tələbələrə bir çox güzəştlər edilir. Xüsusi endirimli tələbə gediş kartı və s. Ümumiyyətlə Türkiyədə ictimai nəqliyyat sistemi yaxşı səviyyədə qurulmuşdur.

Sadalananları belə ümumiləşdirə bilərik ki, bir tələbə üçün qida, yaşayış, nəqliyyat və digər bu kimi xərclər daxil olmaqla ortalama 350 – 800 AZN arası maliyyə imkanı kifayət edir.

Ən Çox Verilən Suallar

YÖS imtahanı üçün müraciətlərə əsasən mart – iyun aylarında start verilir. 

YÖS imtahanında toplanıla biləcək ən yüksək bal 100-dür.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.

ALES imtahanının keçirildiyi dil türk dilidir.

TOEFL  imtahanında toplana biləcək maksimum bal 120-dir.

TÖMER Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin
keçməli olduğu dil imtahanıdır.

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.

TOEFL imtahanının keçirilmə forması iki cür olur:

  1. TOEFL iBT (internet-based test)- internet üzərindən;
  2. TOEFL PBT (paper-based test)- kağız üzərindən.

SAT imtahanında toplanıla biləcək maksimum bal  160-dır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir