Telefon
Türkiyədə yaşam xərcləri və illik təhsil haqqılar digər Avropa ölkələrinə nisbətdə çox ucuzdur, nəticədə Türkiyədə təhsil üçün hər bir Azərbaycanlı ailənin büdcəsinə uyğun şəhər və universitetlər mövcuddur. Bundan əlavə olaraq, qardaş ölkə Türkiyənin həm dini, həm mədəni baxımından Azərbaycanla çox yaxın olması burada təhsili arzuolunan edir.
Bakalavr üzrə təhsilini davam etdirmək istəyən namizədlər üçün bir çox alternativlər qarşıya qoyulur.
İmtahanla qəbul almaq istəyən namizədlər SAT, YÖS, TOEFL kimi imtahanlardan uğur qazanmalı olacaqlar.
Əvvəlki punktda da qeyd olunduğu kimi, yalnız ATTESTAT-ınızı təqdim edərək çox asanlıqla Türkiyədə bakalavr səviyyəsində təhsil almaq fürsətini əldə edə bilərsiniz. Lakin bu şans ancaq bakalavr pilləsinə müraciət edən tələbələr üçün keçərlidir.
Türkiyədə təhsil üçün sizdən heç bir imtahan tələb edilmir. Təbii ki, YÖS imtahanı verib Türkiyədə imtahanla da təhsil ala bilərsiniz, lakin bunun heç bir əhəmiyyəti yoxdur. İmtahanlı qəbulla imtahansız qəbul arasında bəzi fərqlər var:
Siz imtahan verərək gedərkən qəbul üçün bir ixtias və bir universitet seçə bilərsiniz, lakin imtahansız qəbul zamanı ixtisas və universitetlərdən minumum 5 ədəd seçmək lazımdır ki, qəbul şansınız yüksək olsun, çünki universitetlər YÖS imtahan nəticəsi olan tələbələri daha çox qəbul etməyi üstün tutur.
Attestatla təhsil
2011-ci ildən etibarən Türkiyə universitetlərinə yalnız YÖS imtahanı ilə qəbul tələbinin aradan qaldırılması ilə birlikdə tələbələr üçün çox böyük bir şans yarandı. Belə ki, artıq tələbələr yalnız ATTESTAT göstəriciləri ilə Türkiyənin ən populyar ali təhsil ocaqlarına heç bir imtahan vermədən qəbul ola bilərlər.
Əgər sizdə heç bir qəbul imtahanı vermədən xarici dövlət universtetlərinə yalnız attestatla, imatahan vermədən qəbul olmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
Türkiyədə təhsil xidmətimizdən yararlanmaq üçün klik et!
Ən Çox Verilən Suallar
YÖS imtahanına qeydiyyat nə zaman başlayır?
YÖS imtahanı üçün müraciətlərə əsasən mart – iyun aylarında start verilir.
YÖS imtahanında toplanıla biləcək ən yüksək bal nə qədərdir?
YÖS imtahanında toplanıla biləcək ən yüksək bal 100-dür.
SAT imtahanı ildə neçə dəfə keçirilir?
SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.
TOEFL imtahanının keçərli olduğu ölkələr hansılardır?
Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.
AELS imtahanı hansı dildə keçirilir?
ALES imtahanının keçirildiyi dil türk dilidir.
TOEFL imtahanında toplana biləcək maksimum bal nə qədərdir?
TOEFL imtahanında toplana biləcək maksimum bal 120-dir.
TÖMER nədir?
TÖMER Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin
keçməli olduğu dil imtahanıdır.
TÖMER imtahanından keçməyən tələbə nə qədər müddət ərzində TÖMER üzrə hazırlıq oxumalıdır?
TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.
TOEFL imtahanının keçirilmə forması necədir?
TOEFL imtahanının keçirilmə forması iki cür olur:
- TOEFL iBT (internet-based test)- internet üzərindən;
- TOEFL PBT (paper-based test)- kağız üzərindən.
SAT imtahanında toplanıla biləcək maksimum bal nə qədərdir?
SAT imtahanında toplanıla biləcək maksimum bal 160-dır.
4 Comments
YÖS imtahanı hansı şeherde keçirilir
Yös imtahanını bir çox dövlət universitetləri Bakıda keçirdir. İmtahanla aprel ayından başlayır avqust ayına qədər davam edir
Türkiyədə qiyabi necə təhsil ala bilərəm
Türkiyədə qiyabi təhsil almaq üçün may ayından avqustun sonunadək attestat, transkript, fotoşəkil və xarici pasportla müraciət etməyiniz kifayətdir.