Türkiyə universitetlərinə qəbul

Xaricdə təhsil arzusunda olan Azərbaycanlı gənclərin ölkə seçimi edərkən ən çox diqqət yetirdiyi amil yüksək təhsil səviyyəsi və münasib təhsil xərclərinin bir arada mövcud olduğu ölkələrdir.

Qardaş ölkə Türkiyə isə bu və digər bir çox üstünlüklərlə tələbələrimiz üçün əvəzolunmaz seçimdir.

Verdiyi təhsilin keyfiyyəti ilə Dünyanın reytinqli universitetləri sırasında yer alan Türkiyə ali təhsil müsəssisələri namizədlərə təhsilin bütün pillələri üzrə geniş ixtisas seçimi təqdim edir.

Bu universitetlərin tələbələrə təhsil və asudə vaxt keçirmək üçün yaratdığı müasir şərait, onların illik təhsil haqqı ilə əks mütənasiblik təşkil edir.

Türkiyə ali təhsil müəassilərində bakalavr və magistr təhsili almaq üçün əsasən aşağıdakı imtahan göstəriciləri və sertfikatlar tələb edilir.

Bakalavr pilləsi üzrə təhsil almaq üçün gərəli olan imtahan göstəriciləri:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)
  • ATTESTAT ( heç bir imtahan göstəricisi olmadan )

Magistratura pilləsi üzrə təhsili üçün isə aşağıdakı imtahanlardan uğurla keçmək zəruridir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)