+994 (077) 462 22 52 [email protected] Cəfər Cabbarlı k,44, Caspian Plaza, korpus 1, mərtəbə 3

Türkiyə universitetləri. Eskişehir Osmanqazi Universiteti

 Türkiyənin ən yaxşıları hesab edilən universitetləri ilə sıx əməkdaşlıq edən Türkiyədə təhsil şirkətimizin tələbələrə təhsil almaq imkanı təqdim etdiyi universitetlərdən olan Eskişehir Osmanqazi Universiteti haqqında məlumatlar təqdim edəcəyik.  Gəlin,Türkiyənin ən prestijli  universitetlərindən olan Eskişehir Osmanqazi Universiteti ilə daha  yaxından tanış olaq:

Eskişehir Osmanqazi Universiteti 18 avqust 1993-cü ildə 496 saylı Qanun Fərmanı ilə qurulmuşdur. 1 iyul 2005-ci il tarixli 5379 saylı qanunla Osmanqazi Universitetinin adı “Eskişehir Osmanqazi Universiteti” olaraq dəyişdirildi. Qanuni olaraq 1993 -cü ildə qurulmasına baxmayaraq, Eskişehir Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (EDMMA) qurulduğu il yəni 1970 -ci il kimi təqdim olunur. Sivrihisar Peşə Məktəbi 1994 -cü ildə, Kənd Təsərrüfatı və İlahiyyat Fakültələri 1995 -ci ildə, Təhsil Fakültəsi 1998 -ci ildə qurularaq universitetin tərkibinə qoşuldu. 2008 -ci ildə Eskişehir Osmanqazi Universitetinin bölmələrinə Stomatologiya Fakültəsi və Dövlət Konservatoriyası əlavə edildi. Mahmudiye Atçılıq Peşə Məktəbi 2007-2008-ci tədris ilində təhsilə başlamış, 2009-cu ildə isə İncəsənət və Dizayn fakültəsi yaradılmışdır. Səhiyyə Elmləri Fakültəsi 2016-2017-ci tədris ilindən tələbə qəbuluna başlayıb. Nəhayət, 2013-cü ildə Turizm fakültəsi, 2018-ci ildə isə Hüquq fakültəsi yaradılaraq keçmişdən günümüzə sürətlə böyüyən və inkişaf edən  Eskişehir Osmanqazi Universitetinin strukturuna əlavə olundu. Eskişehir Osmanqazi Universitetinin ümumi kampus sahəsi 2.880.830 m2-dir ki, bunun 80.000 m2-si sinif-laboratoriya-ofis, 50.000 m2-si sosial obyekt-kitabxana, 62.000 m2-si isə sağlamlıq sahəsi kimi istifadə olunur. 50 illik elmi təcrübəyə malik köklü və güclü bir universitet olan Eskişehir Osmanqazi Universitetində hazırda 12 fakültə, 2 məktəb, 5 peşə məktəbi, 4 institut və 35 Tətbiq və Araşdırma Mərkəzi fəaliyyət göstərir.

Eskişehir Osmanqazi Universiteti Meşelik, Bademlik, Çamlık, Ali Numan Kıraç, Sivrihisar və Mahmudiye kampusları fəaliyyət göstərir.

 

Sosial və Mədəni Obyektlər

  • SOSİAL OBYEKTLƏR. Universitet şəhərciyində universitet tələbələrinin, qidalanma, istirahət kimi sosial ehtiyaclarını ödəmək məqsədi ilə sosial və mədəni obyektlər fəaliyyət göstərir. Eskişehir Osmanqazi Universitetindəki həmin  social- mədəni yeməkxanalar, köşklər, kitab mağazaları, qonaq evləri, qapalı hovuzlar, personal klub evləri və s.  kimi sosial və mədəni obyektlər xidmət göstərir.

 

  • Yeməkxanalar və bufetlər

 

Meşəlik Kampusunda yeməkxana və bufetlər:

 

Meşəlik Kafe

Meşelik Kafe mərkəzi bufet binasının birinci mərtəbəsində yerləşir. Kafedə dərsdənkənar vaxtlarda tələbələrin dincəlməsi və əylənməsi üçün stolüstü futbol, ​​bilyard, şahmat mövcuddur. Burada  plazma televizor və musiqi qutusu (köşk) də var.

 

İncəsənət və Elmlər Fakültəsi (F1) Yeməkxanası

Bu yeməkxana İncəsənət və Elmlər fakültəsinin dekanlıq binasının birinci mərtəbəsində xidmət göstərir.

 

İncəsənət və Elmlər Fakültəsi (F5) Yeməkxanası

Bu yeməkxana İncəsənət və Elmlər Fakültəsinin blokunun birinci mərtəbəsində xidmət göstərir. Yeməkxanada istirahət və əyləncə üçün stolüstü futbol da mövcuddur

Təhsil Fakültəsi Yeməkxanası

Təhsil Fakültəsi yeməkxanası təhsil fakültəsinin birinci mərtəbəsində xidmət göstərir. Yeməkxanada istirahət və əyləncə üçün bilyard da mövcuddur.

 

Mühəndislik Fakültəsi Tikinti Sənayesi Yeməkxanası

Sənaye yeməkxanası Mühəndislik Fakültəsi binasının birinci mərtəbəsində xidmət göstərir.  Yeməkxanada istirahət və əyləncə üçün stolüstü futbol mövcuddur.

 

MƏDƏNİ XİDMƏTLƏR. Eskişehir Osmanqazi Universitetində qeydiyyatdan keçmiş tələbələrin vaxtlarını daha səmərəli şəkildə təşkil etmələri üçün Eskişehir Osmanqazi Universiteti Sağlamlıq, Mədəniyyət və İdman Şöbəsi, müvafiq akademik vahidə və ya rektorluğa tabe olan İdarə Heyəti tərəfindən təşkil olunan klublar var.

Siz  də Türkiyənin ən prestijli universitetlərindən olan Eskişehir Osmanqazi Universitetini daha yaxşı tanımaq üçün bu universitetdə təhsil almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.

Üstünlüklərimiz

  • Türkiyənin ən yaxşı dövlət və özəl universitetləri ilə rəsmi əməkdaşlıq
  • Professional, həmçinin mehriban komandamızın olması
  • Türkiyədə təhsil üçün istər imtahanla, istərsə də imtahansız bütün seçimlərdə uğurun əldə edilməsi
  • Ən prestijli Türkiyə universitetlərində, istədiyiniz ixtisas üzrə qəbula 100%-lik zəmanət
  • Bizə xaricdə təhsil üçün müraciət edən namizədlərə təklif etdiyimiz alternativlərin çoxluğu

 

Xidmətlərimiz

Xaricdə təhsil müəssisəmiz sizlərə nələr vəd edir:

  • Arzuladığınız universitet və ixtisasa qəbul
  • Sənədləşmə işlərinin rahat və dəqiq həll edilməsi
  • Qəbul alındıqdan sonra tələbənin təhsil alacağı ölkədə qarşılanması
  • Tələbənin istəti ilə yataqxana və ya tələbə üçün  evləridə yerləşdirilməsi

 

Fikrinizi bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir