+994 (077) 462 22 52 [email protected] Cəfər Cabbarlı k,44, Caspian Plaza, korpus 1, mərtəbə 3

Türkiyədə təhsil qiymətləri

Yüksək keyfiyyətli təhsillə, Tanınmış Avropa universitet diplomları ilə eyni sırada qərarlaşan diplomları ilə və ən əsası münasib təhsil və yaşam xərcləri ilə Türkiyə- xaricdə təhsil arzusunda olan Azərbaycanlı gəclər üçün ən unikal variantdır.

Türkiyə universitetlərində, namizədin istəyindən aslı olaraq təhsil ingilis,türk kimi bir çox əcnəbi dillərdə ali təhsilin hər üç pilləsi üzrə həyata keçirilir

Tədris forması həm əyani, həm də qiyabi mümkün olan ali təhsil müəssisələrində bakalavr təhsili 4 il, magistr isə əsasən 2 il müddətində olur.

Ümumilikdə deyə bilərik ki, Türkiyə universitetlərində güzəştli və ya ödənişsiz təhsil almaq üçün en sayda burs və təqaüd imkanları mövcuddur.Ölkədə fəaliyyətdə olan 206 ali təhsil müəssisəsini mənsub olduğu qrumlara görə 3 qrupa bölmək olar: Dəvlət, Özəl, Vəqf

Universitetlərdə təhsili almaq istəyən tələbələrin illik təhsil haqqı 200-600 azn arasında dəyişəcək.

Burada istər nəqliyyat, istər qida, istərsə də əyləncə xərcləri ölkəmizə və avropaya nisbətdə olduqca aşağıdır.Bütün bu nüanslarla yanaşı dil və din oxşarlığı, vizasız gediş-gəliş imkanı, güvənilir və qardaş ölkə olması Türkiyəni  „xaricdə təhsil alınacaq ölkələr“ cərgəsində ön sıraya çəkir.

İlk öncə qalmaq yaşam xərclərindən danışaq:

Türkiyəyə gedən tələbələr əsasən yataqxana və kirayə evlərdə məskunlaşır.Yataqxanalarda aylıq ödəniş 100-150 manat arasında dəyişir.Və bu qiymətə gündə iki dəfə yemək də daxil edilir. Özəl kirayə evlərdə qalmaq istəyənlər isə 2-3 nəfər birlikdə hərəsi 50-100 azn ödəməklə rahatlıqla yaşaya bilər.

Türkiyə daxilində transport xərcləri də istifadə etdiyiniz nəqliyyat növündən aslı olaraq 0.50-3 azn civarındadır.

Bütün bu sadaladıqlarımızadn belə nəticəyə gələ bilərik ki, bir tələbə üçün ayklıq yaşam 300-700 azn maliyyə bürdcəsi tələb edir.

Ən Çox Verilən Suallar

YÖS imtahanı üçün müraciətlərə əsasən mart – iyun aylarında start verilir. 

YÖS imtahanında toplanıla biləcək ən yüksək bal 100-dür.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.

ALES imtahanının keçirildiyi dil türk dilidir.

TOEFL  imtahanında toplana biləcək maksimum bal 120-dir.

TÖMER Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin
keçməli olduğu dil imtahanıdır.

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.

TOEFL imtahanının keçirilmə forması iki cür olur:

  1. TOEFL iBT (internet-based test)- internet üzərindən;
  2. TOEFL PBT (paper-based test)- kağız üzərindən.

SAT imtahanında toplanıla biləcək maksimum bal  160-dır.

Fikrinizi bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir