+994 (77) 462 22 52 [email protected] Cəfər Cabbarlı k,44, Caspian Plaza, 1-ci korpus 6-cı mərtəbə

Türkiyədə təhsil almaq üçün nə etməli?

Azərbaycan Respublikasının Təhsil Sisteminə əsasən ali məktəblərə qəbul imtahanı bir neçə mərhələdə həyata keçirilir. Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:


birinci tsikl – bakalavriat;
ikinci tsikl – magistratura;
üçüncü tsikl – doktorantura.

Bu məsələlərlə Dövlət İmtahan mərkəzi məşğul olur. Bəs köhnə  TQDK, hazırki DİM imtahan nəticəsi ilə nələr mümkündür?

Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə qəbul olmaq üçün minimum keçid balı 200 olmaqla 700 bal üzərindən müxtəlif miqdarda bal toplayaraq nəticə qazanmaq gərəklidir.

Son islahatlara əsasən DİM imtahanı iki mərhələdən ibarətdir.

Bu imtahan nəticəsi ilə xaricdə təhsil almaq da mümkündür. DİM imtahanı verib müəyyən bal toplasanız, Türkiyə universitetlərində ali təhsil ala bilərsiniz.

Bizə ən yaxın ölkə Türkiyədə keçərli olan Milli Türk Təhsil Qanununa görə universitetə daxill olmaq  istəyən bütün  xarici vətəndaş mütləq qəbul  imtahanı verməlidir. Giriş imtahanı YÖS, SAT 1 VƏ SAT 2 və ya TQDK (hazırki DİM)  olur və bu əsasən dövlət universitetləri üçün keçərlidir. YÖS və SAT I demək olar ki, bütün universitetlərdə keçərlidir, amma bəzi dövlət universitetləri SAT I istəməyə bilər.

 

Siz də TQDK imtahanı ilə xaricdə, xüsusən də Türkiyə universitetlərində bakalavr oxumaq istəyirsinizsə, imtahandan müəyyən qədər bal toplayın, Türkiyədə təhsil xidmətlərimizdən ən qısa zamanda yararlanın!

 

 

Xaricdə təhsil müəssisəmiz sizlərə nələr vəd edir:

  • Arzuladığınız universitet və ixtisasa qəbul
  • Sənədləşmə işlərinin rahat və dəqiq həll edilməsi
  • Qəbul alındıqdan sonra tələbənin təhsil alacağı ölkədə qarşılanması
  • Tələbənin istəti ilə yataqxana və ya tələbə üçün  evləridə yerləşdirilməsi

 

Müəsisəmizin fərqlilikləri hansılardır?

  • Mütəxəssislərimizin xaricdə təhsil sayəsindəki təcrübələri və uğurları
  • Müraciət edən minlərlə tələbəmizin məmnuniyyəti
  • Peşəkar və bu sahədə ixtisaslaşmış mütəxəssis heyəti
  • Tələbənin fikirlərinininn və xəyallarının nəzərə alınması ilə istədiyi ixtisasa 100% qəbul zəmanəti
  • Sərfəli qiymət təklifləri və professional, hərtərəfli xidmətin göstərilməsi

Ən Çox Verilən Suallar

YÖS imtahanı üçün müraciətlərə əsasən mart – iyun aylarında start verilir. 

YÖS imtahanında toplanıla biləcək ən yüksək bal 100-dür.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.

ALES imtahanının keçirildiyi dil türk dilidir.

TOEFL  imtahanında toplana biləcək maksimum bal 120-dir.

TÖMER Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin
keçməli olduğu dil imtahanıdır.

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.

TOEFL imtahanının keçirilmə forması iki cür olur:

  1. TOEFL iBT (internet-based test)- internet üzərindən;
  2. TOEFL PBT (paper-based test)- kağız üzərindən.

SAT imtahanında toplanıla biləcək maksimum bal  160-dır.