+994 (077) 462 22 52 [email protected] Cəfər Cabbarlı k,44, Caspian Plaza, korpus 1, mərtəbə 3

TOEFL

İlk dəfə 1964-cü ildə təşkil edilən Test of English as a Foreign Language (TOEFL) əvvəllər yalnız ABŞ universitetlərinə qəbul olmaq üçün gərəkli bir test idisə, bu gün dünya miqyasında İngiltərə, Hollandiya, İsveç, Yeni Zelandiyada , Avstraliya, SinqapurMalayziya da daxil olmaqla 130 ölkədə 9000-dən çox universitetqurum tərəfindən qəbul edilir.
Amerika Birləşmiş Ştatları mənşəli qeyri-kommersiya təhsili xidməti (ETS) tərəfindən tərtib olunmuş TOEFL bal həddi 0 ilə 120 arasındadır.
TOEFL imtahnın keçirilmə forması da özünəməxsusluğu ilə seçilir və iki cür olur:
1. TOEFL iBT (internet-based test)
2. TOEFL PBT (paper-based test)

TOEFL

TOEFL iBT

İnternet vasitəsilə təşkil edilən TOEFL iBT (internet əsaslı test) təxmini 3 saat 10 dəqiqə ilə 4 saat 20 dəqiqə intervalında davam edir.İştirakçılar Oxu və Dinləmə mərhələlərindən sonra 10 dəqiqəlik fasilə edə bilərlər. TOEFL iBT imtahanları ildə 50 dəfədən çox təşkil olunur.

TOEFL PBT

Kağız üzərində aparılmış TOEFL PBT (kağız əsaslı test) müddəti 2 saat 20 dəqiqə ilə 2 saat 30 dəqiqə arasında dəyişir. TOEFL PBT testi texnoloji inkişaflar səbəbindən tədricən dayandırılır. Bu gün dünya səviyyəsində TOEFL imtahanında iştirak edənlərin yalnız 4% -i TOEFL PBT verir və bu say getdikcə azalır. PBT nəticələri imtahan günündən 5 həftə sonra tələbələrə poçt vasitəsi ilə göndərilir.

Növündən aslı olmayaraq imtahan ingilis dili biliyini yoxlayan 4 əsas faktorun akademik cəhətdən analizinə əsaslanır.

Bəs TOEFL-in  davametmə müddəti nə qədərdir?

1.Oxuma (Reading)– Hərəsində 10 sual olmaqla, 3-4 ədəd olan 700 sözlük mətn verilir ki, ümumilikdə 54-72 dəqiqə davam edir.

2.Dinləmə (Listening) – 41-57 dəqiqə davam edən bu mərhələ  3-4 sayda mətn (hər birindən 6 sual) və 2-3 ədəd konverseyşn tipli dialoq (hər birindən 5 sual) mətninin tapşırılmasından ibarətdir.

3.10 dəqiqə fasilə

4.Danışıq (Speaking) – Ümumilikdə 17 dəqiqə davam edir. Bu zaman intervalında namizədlərə 4 ədəd (1-i ümumi mövzuda danışıq, 3-ü isə fərqli danışıq mətni) tapşırıq verilir.

5.Yazı (Writing)– Bu mərhə 50 dəqiqə davam edir. Biri inşa (essay) olmaqla 2 ədəd fərqli yazı tapşırığı verilir.

TOEFL sertifikatının keçərli olduğu ölkələr

Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.

TOEFL imtahanında toplana biləcək maksimum bal neçədir?

TOEFL imtahanından bütün bölmələr üzrə toplaya biləcəyiniz maksimum bal 120-dir.

Ən Çox Verilən Suallar

YÖS imtahanı üçün müraciətlərə əsasən mart – iyun aylarında start verilir. 

YÖS imtahanında toplanıla biləcək ən yüksək bal 100-dür.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

Dünyada 130-dan çox ölkədə 9000 və yuxarı universitet, kollec və institutlar TOEFL imtahan nəticəsini qəbul edir.

ALES imtahanının keçirildiyi dil türk dilidir.

TOEFL  imtahanında toplana biləcək maksimum bal 120-dir.

TÖMER Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin
keçməli olduğu dil imtahanıdır.

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır.

TOEFL imtahanının keçirilmə forması iki cür olur:

  1. TOEFL iBT (internet-based test)- internet üzərindən;
  2. TOEFL PBT (paper-based test)- kağız üzərindən.

SAT imtahanında toplanıla biləcək maksimum bal  160-dır.

Fikrinizi bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir